Çində koronavirusla mübarizə aparan tibbi heyət Azərbaycana gəlir
04 avqust 2020 10:57 (UTC +04:00)

Çində koronavirusla mübarizə aparan tibbi heyət Azərbaycana gəlir

COVID-19 pandemiyası ilə qlobal mübarizə çərçivəsində Çindən Azərbaycana tibbi heyət yola düşüb.

APA-nın CGTN-yə istinadən verdiyi xəbərə görə, Çinin Siçuan əyalətinin cənub-qərbindəki Çengdu şəhərində yerləşən Qərbi Çin xəstəxanasından bir qrup həkim COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana kömək etmək üçün göndərilib.

Tibbi qrupa daxil olan 10 nəfər ağciyər və intensiv tibbi müalicə, epidemiologiya, laboratoriya, ənənəvi Çin təbabəti və Qərb təbabətinin inteqrasiya olunmuş müalicəsini əhatə edən müxtəlif sahələr üzrə mütəxəssisdir. Onların bəziləri Uhanda epidemiya ilə mübarizə aparıb.

Çinli tibbi heyət yaxın həftələrdə azərbaycanlı həmkarları ilə birgə işləyəcək, Çinin pandemiya ilə mübarizə təcrübəsini bölüşəcəklər.

# 1738
avatar

Oxşar yazılar