11:52
01 Avqust 2020

Ermənistanda son sutkada 291 nəfər koronavirusa yoluxdu: 11 nəfər ölüb


Ermənistanda son sutkada daha 291 nəfər COVID-19-a yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 38 841 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 11 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 749 nəfər olub.

İndiyədək 29 557 nəfər virusdan sağalıb.

Dİgər xəbərlər