Qonşu ölkədə koronavirusa yoluxanların sayı 1171 nəfərə çatdı
01 avqust 2020 11:16 (UTC +04:00)

Qonşu ölkədə koronavirusa yoluxanların sayı 1171 nəfərə çatdı


Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 3 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1171 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6588 nəfər karantində saxlanılır, 323 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 947 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2305

Oxşar yazılar