"Toppuş bacı"dan yeni xəbər: bu dəfə...
31 iyul 2020 19:42 (UTC +04:00)

"Toppuş bacı"dan yeni xəbər: bu dəfə...

Əməkdar artist Tünzalə Əliyeva yeni mövsümdə aparıcı kimi tamaşaçıların qarşısına keçəcək.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, "Toppuş bacı" ləqəbli aktrisa ARB-də çalışacaq. Hazırda sənətçi yeni layihəsi üzərində çalışır.

Qeyd edək ki, T.Əliyeva bundan əvvəl "Space" kanalında səhər verilişinə aparıcılıq edirdi. Xərçəngdən əziyyət çəkən aktrisa xəstəliyi ağırlaşandan sonra işindən uzaqlaşıb.

Bir müddət əvvəl ARB-də verilişlərin birində qonaq olarkən "Toppuş bacı" deyib ki, arıqladıqdan sonra film, aparıcılıq təklifləri azalıb.

# 58255
avatar

Oxşar yazılar