Əməkdar artist xeyi pul ödəyib maşınını geri aldı
31 iyul 2020 16:48 (UTC +04:00)

Əməkdar artist xeyi pul ödəyib maşınını geri aldı

0

Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl yol hərəkət qaydalarını pozduğu üçün 5500 manat borcu olduğunu və buna görə maşınının cərimə meydançasına aparıldığını deyib.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, müğənni açıqlamasında bildirib ki, bir neçə gün əvvəl avtomobilinə qovuşub. Seyidcahan borcunu bütöv ödədiyini söyləyib:

"5500 manatı ödədim, maşını geri aldım. Nə edim, ödəməliydim. Bundan sonra çalışacam qaydaları pozmayım. Bəzən çəkilişlərə gecikəndə sürət həddini aşırdım. Sən demə, radarlar hər şeyi çəkib yığırmış".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9346

Oxşar yazılar