AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırıb
30 iyul 2020 23:32 (UTC +04:00)

AZAL 155 Azərbaycan vətəndaşını Ukraynadan vətənə çatdırıb

Azərbaycanın milli aviadaşıyıcısı iyulun 30-da Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib. 

AZAL-dan Lent.az-a verilən məlumata görə, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1814

Oxşar yazılar