İranda koronavirusdan daha 226 nəfər öldü
30 iyul 2020 13:46 (UTC +04:00)

İranda koronavirusdan daha 226 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 226 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 16569  nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2621 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 301530 nəfərə çatıb.

 

# 1618
avatar

Adil Mirseyid

Oxşar yazılar