10:51
30 İyul 2020

Bakıda narkotacirlərə qarşı əməliyyat keçirildi

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb.

Lent.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi və Əlahidə Çevik Alayının əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini 1994-cü il təvəllüdlü Ülvi Xudiyev saxlanılıb. Baxış zamanı onun üzərindən 0.197 qram marixuana və 0.016 qram metasdon aşkarlanaraq, götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Nardaran qəsəbə sakini Abbasqulu Quliyevdən iki büküm sellofanda 10.752 qram marixuana aşkar edilərək götürülüb.

Dİgər xəbərlər