06:50
30 İyul 2020

Yaponiyada partlayış zamanı xəsarət alanların sayı 17-yə çatdı - YENİLƏNİB

Yaponiyanın Fukusima prefekturasında restoranda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin İctimai televiziyası məlumat yayıb.

Məlumata görə, güclü partlayış Koriyama şəhərində kiçik bir binanı tamamilə dağıdıb. Partlayış dalğası qonşu binalara da ziyan vurub. Yaxınlıqdakı bir bank filialının işçiləri və müştəriləri xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Ehtimallara görə, partlayışa qaz sızması səbəb olub. Partlayışın dəqiq səbəbləri araşdırılır.

***

Saat 06:16

Yaponiyanın Fukusima prefekturasında partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Bildirilir ki, Koriyama şəhərində baş verən hadisə nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisi ağır yaralanıb.

İlkin məlumatlara görə, partlayış yerli restoranların birində baş verib. Partlayış nəticəsində bir bina dağılıb. Qaz sızması təhlükəsi olduğundan xilasedicilər və yanğınsöndürənlər yerli sakinlərin hadisə yerinə yaxınlaşmamaları barədə xəbərdarlıq ediblər.

Dİgər xəbərlər