Ata və oğlu "tok" vurdu
29 iyul 2020 08:28 (UTC +04:00)

Ata və oğlu "tok" vurdu

Şəmkir sakinlərini – ata və oğlunu elektrik cərəyanı vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Güvəndiyev  Ağayar İsa oğlu və 1996-cı il təvəllüdlü İsə Əli Ağayar oğlu bədənin müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər ikisinə lazımi tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. 

Məlumata görə, ata və oğlu elektrik cərəyanı evlərində vurub. Yaxınlarının sözlərinə görə, elektrik naqili qırılıb evin dəmir qapısının üzərinə düşüb. Onlar qapını açarkən hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

# 8245
avatar

Oxşar yazılar