11:39
28 İyul 2020

Ətiri bədənin hansı hissəsinə vurmaq lazımdır? - Dizlər, göbək...

Vurduğunuz ətrin üzərinizdə qalmadığına təəccüblənirsinizsə, demək ondan düzgün istifadə etmirsiniz.

Ətrin qalıcılığını artırmaq və qoxunun daha yaxşı yayıla bilməsini təmin etmək üçün bədənin hansı hissəsi ən ideal bölgə hesab olunur?

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, adətən bilək və boyun deyilsə də, göbək dəliyinin ən ideal bölgə olduğu ortaya çıxıb.

Ekspertlərə gör ətrin ən ideal sürtülmə zamanı duş sonrası. Sürətli qan dövranı səbəbindən bədən istiliyi qoxunun dəriyə daha qalıcı bir şəkildə alınmasını təmin edir və aromanın dəyişməsinin qarşısını alır.

Əl biləyinə sürtülən ətir isə ovuşturmanın təsiriylə molekulları zərər gördüyü üçün qoxu funksiyasını itirir. Estee Lauderin ətir vurmaqla əlaqədar əfsanəvi bir üsulu var: qoxunu əvvəl havaya sıxırsız və daha sonra yaranan qoxu buludunun altında durun...

Ətir mütəxəssisləri göbək dəliyinin qoxunu bədənin istiliyi ilə yaymaq üçün mərkəz nöqtə olduğunu iddia edib.

Amerikalı ətriyyatçı Stiven Klasenin sözlərinə görə, göbək dəliyi mərkəzi nəbz nöqtəsidir və ətrin yayılması üçün əhəmiyyətlidir. Ətrin nəbzin güclü olduğu bilək və boyun hissəyə vurulması da eyni səbəbdən qaynaqlanır.



Bu fikri gündəmə gətirənlərdən biri də amerikalı aktrisa Liv Teylor olub. O, “The Gloss” jurnalına verdiyi müsahibəsində barmağına damcılatdığı ətrin bir hissəsini qoltuq altlarına, bir qismini isə göbək dəliyinə sürtdüyünü söyləmişdi.

Bir ingilis ətriyyatçısının fikrincə isə, bilək, boyun və dizlər qoxunu ən gözəl yayan bölgələrdir.

Qoxunun qalıcılığını uzadan ən ideal bədən bölgələri arasında gicgahlar və iki sinə arasıdır. Bədənin bu ifadə olunan bölgələri qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir və bu bölgələrdə istilik daha yüksək olur. Bu da qoxunun bu bölgələrdə mükəmməl şəkildə bədənə hopmasən təmin edir. Qulaq arxasına qoxu sürmə vərdişini dərhal dəyişdirin. Çünki bu bölgədə dəri daha çox yağ cıxarır,o da qoxuyla bir araya gəldikdə qoxusunun dəyişməsinə gətirib çıxardır.

Heç vaxt ətri saçlarınıza vurmayın, çünki tərkibində spirt var və çox dəyərli saçlarınızın qurumasına və korlanmasına səbəb olur. Saçlarınızın ətirli olmasını istəyirsinizsə ya saçlarınız üçün xüsusi ətirdən istifadə edin, ya da ətri darağa səpib gözləyin ki, spirt uçsun. Daha sonra ziyan vermədən saçlarınızı darayın. Bu üsulla saçlarınız zərər görmədən çox ətirli olacaq.

Dİgər xəbərlər