İranda son sutkada COVID-19-dan 212 nəfər vəfat edib
27 iyul 2020 13:59 (UTC +04:00)

İranda son sutkada COVID-19-dan 212 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 212 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 15 912 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 434 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 293 606 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 255 144 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 819 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

# 1732
avatar

Oxşar yazılar