07:34
27 İyul 2020

"Liverpul" "Mançester Siti"nin rekordunu təkrarlayıb


İngiltərə Premyer Liqasının son turunda "Nyukasl" üzərində qələbə qazanan "Liverpul" (3:1) rekorda şərik olub.

Apasport.az saytının məlumatına görə, "qırmızılar" mövsüm ərzində 32 qalibiyyət əldə etməklə bunu bacarıb.

Yurgen Kloppun yetirmələri bununla 2017/18 mövsümündə eyni nəticəni göstərən "Mançester Siti"yə məxsus rekordu təkrarlayıb.

Eyni zamanda, mövsümü 99 xalla tamamlayan "Liverpul" Premyer Liqa tarixinin ən yüksək ikinci nəticəsinə nail olub. Bu baxımdan rekord 2017/18 mövsümündə 100 xal toplayan "Mançester Siti"yə məxsusdur.

Qeyd edək ki, 30 ildən sonra çempion olan "Liverpul" tarixində 19-cu dəfə qızıl medallara yiyələnib.

Dİgər xəbərlər