11:30
25 İyul 2020

Koronavirusdan sağalanların sayı durmadan artır: 9 milyonu ötdü


Dünyada yeni növ koronavirusdan (COVID-19) müalicə olunan insanların sayı 9 milyonu keçib.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Johns Hopkins Universitetinin məlumatında deyilir.

Universitetdən verilən məlumata görə, dünyada COVID-19 virusundan sağalanların sayı 9 043 203-ə çatıb, ölənlərin sayı isə 639 652 nəfər təşkil edib, ümumilikdə, dünya üzrə sözügedən virusa 15 736 499 nəfər yoluxub.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının pandemiya olduğunu elan edib.

Dİgər xəbərlər