Fransa ölkə vətəndaşlarına Barselonaya getməməyi tövsiyə etdi
25 iyul 2020 10:14 (UTC +04:00)

Fransa ölkə vətəndaşlarına Barselonaya getməməyi tövsiyə etdi


Fransa hökuməti ölkə vətəndaşlarına yeni koronavirus infeksiyasının qarşısının alınması məqsədilə İspaniyanın Kataloniya bölgəsinə getməməyi tövsiyə edib.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, Kataloniyanın inzibati mərkəzi olan Barselonada sakinlərin evdə qalmasına dair göstərişlərə baxmayaraq, son 14 gün ərzində 8 minə yaxın yoluxma hadisəsi qeydə alınıb. Bu rəqəm ölkə daxilindəki yoluxma hallarının (16 410 nəfər) 50%-ni təşkil edir. 

Bu səbəbdən də Fransa hökuməti vətəndaşlara Kataloniyada epidemik vəziyyətin yaxşılaşmasına qədər oraya getməməyi tövsiyə edib.

Fransa rəsmilərinin Madrid səlahiyyətlilərilə müzakirələr aparıldığı bildirilir.

Qeyd edək ki, Fransa hökuməti ötən həftəsonu iki ölkə arasında sərhədlərin bağlanmasını istisna etməmişdi.

 

# 2017
avatar

Oxşar yazılar