Smartfonlar üçün yüksək dözümlülüyə malik qoruyucu şüşə - VİDEO
24 iyul 2020 19:54 (UTC +04:00)

Smartfonlar üçün yüksək dözümlülüyə malik qoruyucu şüşə - VİDEO

"Corning" şirkəti smartfonlar üçün nəzərdə tutulmuş Gorilla Glass Victus adlı yeni qoruyucu şüşəsini təqdm edib.

Lent.az "technote"a istinadən xəbər verir ki, əvvəlki Gorilla Glass modellərində şirkət ya cızıqlara qarşı dözümlülüyü ya da cihazın yüksək məsafədən yerə düşmə dözümlülüyü təkmilləşdirirdi. Yeni Gorilla Glass Victus modelində isə şirkət hər iki özəlliyin dözümlülüyünün təkmilləşdirilməsini reallaşdırıb.

Yeni nəsil qoruyucu şüşənin əldə etdiyi qeyri adi ad onunla bağlıdır ki, o, əvvəlki versiyalar ilə müqayisədə nəzərə çarpacaq dəyişikliklər əldə edib.

Buna görə də şirkət onu sadəcə olarq Gorilla Glass 7 adlandırmaqdan imtina edib. Şirkətin  verdiyi məlumata əsasən Gorilla Glass Victus modeli 2 metr hündürlükdən bərk səthin üzərinə düşməyə tab gətirə bilir.

Müqayisə üçün qeyd edək ki, Gorilla Glass 6 versiyası 1.6 metr hündürlükdən, Gorilla Glass 5 versiyası isə 1.2 metr hündürlükdən düşüşlərə tab gətirirdi. Bununla yanaşı Gorilla Glass 6-dan fərqli olaraq Gorilla Glass Victus-un örtüyü cızıqlara daha çox dözümlüdür. Corning şirkətinin təmsilçiləri qeyd ediblər ki, yeni nəsil qoruyucu şüşənin örtüyü vəziyyətdən asılı olaraq müxtəlif matriallardan cızıqlar əldə edə bilər.

Lakin yeni versiyada bu cür hallar çox az baş verir. Bununla yanaşı şirkət onu da bldirib ki, qoruyucu şüşənin yekun dözümlülüyü həm də smartfon istehsalçılarından asılıdır. Belə ki, adı çəkilməmiş şirkətlərdən biri qoruyucu şüşənin qalınlığını azaldaraq onun dözümlülük səviyyəsini aşağı salıb. Gorilla Glass Victus-a sahib ilk smartfon modelləri artıq bu il satışa çıxacaqlar. Gözləntilərə əsasən sözügedən qoruyucu şüşəni əldə edəcək ilk smartfon Galaxy Note 20 olacaq.

# 3235
avatar

Oxşar yazılar