11:14
24 İyul 2020

"Məktəbdə dava gedir, müəllim uşağı vurur..." Mənzurə Musayeva

Müğənni Mənzurə Musayeva gənclərin həddindən artıq müasir olmalarını bəyənmədiyini deyib. Lent.az -ın məlumatına görə görə, ifaçı bu barədə "Gündən-günə" verilişində danışıb:

"Bizim vaxtımızda hər şey başqa idi. İndi dəhşətdir. Bəlkə bizim o vaxtlar ağlımız kəsməyib, başqa cür olmuşuq. İndi çox avropalaşmışıq. Bunu istəmirəm.

Hərənin bir cür baxışı var. Mən istəyirəm abır, həya, bir az utanma, çəkinmə olsun. Müəllimlərimizi görəndə utanardıq. İndi elə deyil. Məktəbdə dava gedir, müəllim uşağı vurur, uşaq müəllimi vurur. Bəlkə, müəllim özünü apara bilmir, nəticə belə olur.

Düşünürəm ki, mobil telefon olmasaydı, başqa cür olardı. Telefon olsa da ancaq zəng gedib-gələrdi, digər funksiyalar olmazdı. Onda gənclərimiz başqa cür olardı".

Dİgər xəbərlər