14:41
23 İyul 2020

Kinomuzun "Ulduz"u vəfat etdi

Pianoçu Tamilla Rüstəmova vəfat edib.

Bu barədə Lent.az -a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Tamilla Rüstəmovanı geniş tamaşaçı kütləsi “Ulduz” filmində Ulduz, “Böyük dayaq” filmindən Maya kimi tanıyır.

Qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olub. O, 1959-cu ildə Qnesinlər adına Musiqi İnstitutunu fortepiano ixtisası üzrə bitirib.

Allah rəhmət eləsin!

Dİgər xəbərlər