İki evdən 10 min manata yaxın qızıl oğurlandı
23 iyul 2020 14:16 (UTC +04:00)

İki evdən 10 min manata yaxın qızıl oğurlandı

Sumqayıtda evlərdən oğurluq olub.

DİN mətbuat xidmətindən Lentaz-a daxil olan xəbərə görə, şəhər ərazisindəki evlərin birindən 850 manat və 100 dollar, habelə 5000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Y.Səfərov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2750

Oxşar yazılar