1567
12:56
23 İyul 2020

Evdən çıxan koronavirus xəstəsinə cinayət açıldı - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən xəbərə görə, məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimov ev şəraitində müalicə alsa da, ancaq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Dərhal şəhər ərazisində onun olduğu əraziyə həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb.

Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb. Əlaqədə olduğu şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.