1279
13:12
22 İyul 2020

Daha iki narkotik alverçisi ələ keçirildi

Siyəzən rayon sakinindən narkotik maddələr götürülüb.

DİN mətbuat xidmətindən Lent.az -adaxil olan xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 21 qramdan artıq heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Xızı rayon sakini R.Qədirova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 108 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana, habelə evinə baxış zamanı heroin aşkar edilərək götürülüb.