11:39
21 İyul 2020

MN: Hazırda təmas xəttində vəziyyət ordumuzun nəzarəti altındadır

“Hazırda təmas xəttində vəziyyət ordumuzun nəzarəti altındadır”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, dünən gecə və səhər saatlarında düşmənin pilotsuz uçuş aparatları Tovuz və Ağdam istiqamətində kəşfiyyat uçuşları həyata keçirmək istəyib: “Hər iki pilotsuz aparat vurulub”.

Dİgər xəbərlər