At-arabası 3 nəfəri xəstəxanalıq etdi
21 iyul 2020 03:10 (UTC +04:00)

At-arabası 3 nəfəri xəstəxanalıq etdi

Qazaxda yol nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətə olan “VAZ” markalı minik maşını at-arabası ilə toqquşub. Qəza zamanı 1964-cü il təvəllüdlü Mahir Kosayev və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

# 2488
avatar

Oxşar yazılar