18:15
20 İyul 2020

"Şəhidlərlə vida mərasimində qaydalara əməl olunmalıdır" - RƏSMİ

“Şəhidlərimizi yola salan insanlar vida mərasimlərinə öz duyğuları ilə gəlirlər, buna qadağa qoymaq düzgün deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, bu mərasimlərdə tibbi maska taxmaq və sosial məsafəni qorumaq təmin olunmalıdır: “Rayonlarda yas mərasimlərinə gəlincə isə, dünyada ən çox kişilər, Azərbaycanda isə qadınlar yoluxur. Bunun da səbəbi qadınların yas mərasimlərində iştirak etməsidir. Ona görə də xahişim odur ki, yeni reallığı dərk edək və riskləri nəzərə alaq”.

Dİgər xəbərlər