Türkiyədən Azərbaycana daha bir dəstək - FOTO
19 iyul 2020 16:36 (UTC +04:00)

Türkiyədən Azərbaycana daha bir dəstək - FOTO

Bu gün İstanbulun Beyaziıt meydanında "Can Azərbaycana canımız fəda" şüarı ilə  Azərbaycana dəstək məqsədli mitinq keçirilir.

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, tədbir Bütöv Azərbaycan Ocaqları, Turan Ocaqları və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi təşkilatçılığı ilə keçirilib. Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri də aksiyada iştirak ediblər.

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. İştirakçılar "Qarabağ Azərbaycanındır", "Ar olsun Ermənistana", "Qarabağa ədalət" şüarları səsləndirilib.

# 5647
avatar

Oxşar yazılar