5038
16:05
19 İyul 2020

“Tri Koronı” kimi tanınan binaların yaxınlığında göl qurudulmur” - RƏSMİ

Bakının Yasamal rayonunda “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmır.

Bu barədə APA -ya Yasamal rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, hazırda həmin ərazidə abadlıq işləri aparılır: "Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç inşaat yoxdur, göl qurudulmur".