3208
13:56
18 İyul 2020

Yük maşınından yıxılıb altında qaldı


İyulun 17-də saat 11 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində kənd sakini F. Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, S. Babayev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.