Özünü hündürmərtəbəli binanın damından atmaq istədi
17 iyul 2020 23:13 (UTC +04:00)

Özünü hündürmərtəbəli binanın damından atmaq istədi

 

Bakıda intihar cəhdinin qarşısı alınıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3498

Oxşar yazılar