İrandan da mesaj gəldi: “Qarabağ Azərbaycanın ərazisidir”
17 iyul 2020 14:18 (UTC +04:00)

İrandan da mesaj gəldi: “Qarabağ Azərbaycanın ərazisidir”

İranın Ali rəhbəri ayətullah Əli Xamneyinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Seyid Məhəmmədəli Al Haşim Ermənistan-Azərbaycan sərhədində, Tovuz rayonu ərazisində Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Seyid Məhəmmədəli Al Haşim bildirib ki, Ali rəhbərin buyurduğu kimi Qarabağ islam torpağıdır.

“Biz Qarabağı Azərbaycan Respublikasının ərazisi hesab edirik. Allahdan istəyirik ki, həm Fələstin, həm də Qarabağ torpaqları tezliklə azadlığa qovuşsun”, - deyə o vurğulayıb.

# 5173
avatar

Oxşar yazılar