Rusiyada beynəlxalq  kinofestivala start verilir
16 iyul 2020 12:56 (UTC +04:00)

Rusiyada beynəlxalq kinofestivala start verilir

 Rusiyada daha bir ənənəvi kinofestivala film qəbulu yeni elan olunub.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, “Rusiya” sənədli filmlər festivalı noyabrın 23-dən 28-dək Yekaterinburq şəhərində keçiriləcək.

Qeyd edək ki, xarici filmlər üçün də açıq olan sənədli filmlər festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən etibarən təşkil olunur. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim edilir. Festival proqramına müxtəlif formatlı sənədli filmlərlə yanaşı, elmi-kütləvi və sənədli televiziya filmləri də qəbul olunur. İştirak üçün ərizələr sentyabrın 10-dək qəbul edilir. Festivalda iştirak etmək istəyən azərbaycanlı rejissorlar da http://www.rossia-doc.ru/ saytı vasitəsilə müraciət edə bilərlər.

# 4729
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar