“Azərbaycan tankı vurulmayıb” - MN düşmənin yalanlarına cavab verdi
16 iyul 2020 11:00 (UTC +04:00)

“Azərbaycan tankı vurulmayıb” - MN düşmənin yalanlarına cavab verdi

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: “Azərbaycan tankı vurulmayıb”

Lent.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib:

“Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.

# 9028
avatar

Mehman Nəbiyev

Oxşar yazılar