2578
19:06
15 İyul 2020

Kişi evində ölü tapıldı


Şirvanda mənzildən meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Şirvan şəhəri, Nərimanov küçəsi 11, mənzil 30 ünvanında pis qoxu hiss edən qonşular polisə məlumat veriblər. FHN əməkdaşlarının köməkliyi ilə mənzilin qapısı açılıb və evdən 1975-ci il təvəllüdlü Əhmədov Daşqın Balabəy oğlunun meyiti aşkar edib.

Faktla bağlı Şirvan Prokurorluğu tərəfindən araşdırma aparılır.