"KTMT-də daha çox Prezident İlham Əliyevin sözünə güvənirlər" - Rusiyalı politoloq
15 iyul 2020 13:54 (UTC +04:00)

"KTMT-də daha çox Prezident İlham Əliyevin sözünə güvənirlər" - Rusiyalı politoloq


"Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etməsi çox həyəcan vericidir. Bu, onu göstərir ki, Ermənistan və Azərbaycan əvvəlki kimi müharibə vəziyyətindədir. Hər iki tərəf itki verib. Azərbaycan tərəfindən isə mülki insanlar arasında itki və xəsarət alanlar var. Bu məqam beynəlxalq təşkilatlardan münaqişənin daha da dərinləşməməsi üçün müdaxilə tələb edir".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Ruisa Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.

"Bu cür esklasiyanın baş verməsinin təbiəti aydın deyil. Üstəlik də pandemiya dövründə bunun baş verməsi çox qəribədir. Vəziyyətin gərginləşməsi Nikol Paşinyana daxili siyasi səbəblərə görə lazımdır. Ona görə ki, o, özünü vətənpərvər kimi qələmə verərək rəqibi olduğu Respublikaçılar Partiyasına yumruq göstərmək istəyir. Bununla belə, onun əsl məqsədi KTMT-nin dəstəyini alaraq bu qurumu Azərbaycanla münaqişəyə cəlb etməkdir", - deyə S. Markov vurğulayıb.

Rusiyalı siyasi ekspert KTMT-yə üzv dövlətlərin Paşinyana güvənmədiyini də söyləyib: "Bu təşkilatda Ermənistandan daha çox Azərbaycan prezidenti İlham Əliyevin sözünə güvənirlər. Baxmayaraq ki, Azərbaycan KTMT-nin üzvü deyil. Üstəlik, KTMT-də Paşinyanın bu qurumun Baş katibinin həbs olunması əmrini verməsini hələ bağışlamayıblar". 

# 3346
avatar

Oxşar yazılar