Mağazada döyərək pulunu əlindən aldı
15 iyul 2020 12:19 (UTC +04:00)

Mağazada döyərək pulunu əlindən aldı

Bakıda mağazada soyğunçuluq olub.

Lent.az DİN -in mətbuat xidmətinə istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Hacıyev iyulun 13-də rayon ərazisindəki mağazaların birində bir nəfərin ona zor tətbiq edərək 100 manatını aldığını bildriib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov müəyyən edilərək saxlanılıb.

# 2728
avatar

Mehman Nəbiyev

Oxşar yazılar