16:49
15 İyul 2020

Türkiyəli nazirlər İslam peyğəmbərinin söyülməsinə belə cavab verdi

Türkiyəli nazirlə və hakim partiya təmsilçisi “Twitter” hesabından etdikləri paylaşımda sosial şəbəkədə peyğəmbəri və İslam dinini təhqir edən şəxsə sərt reaksiya göstəriblər.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, Daxili İşlər naziri Süleyman Soylu paylaşımında “Peyğəmbər əfəndimizə nalayiq ifadələr işlədən pislik saxlanıldı” deyə, qeyd edib.

Həmçinin Ədliyyə naziri Əbdülhəmid Gül də sosial media hesabından “Peyğəmbərimizə dil uzadan şəxs üçün hesab vaxtıdır” sözlərinə yer verib.

Ölkədəki hakim AK partiyanın sözçüsü Ömər Çelik isə “Twitter” hesabında bildirib ki, peyğəmbərimizə ünvanlanan çirkin söz bağışlana bilməz:

“Peyğəmbər əfəndimiz rəhmət elçisidir. İnsanlara haqqın təbliğatçısıdır. İnsanların qurtuluşunun müjdəçisidir. Ona deyilən bütün çirkin sözlər insanlıq və uca dəyərlər naminə bağışlana bilməz”.

Qeyd edək ki, İstanbul Polis İdarəsinin Kiber Cinayətkarlıqlar Mübarizə Şöbəsinin əməkdaşları Baş Prokurorluğun təlimatı ilə M.C.S-ni evində nəzarət altına almışdı.

Dİgər xəbərlər