Zeynəb Cavadlı Dubay şahzadəsinin şikayəti əsasında saxlanılıbmış - YENİLƏNİB
05 iyun 2026 10:34 (UTC +04:00)

Zeynəb Cavadlı Dubay şahzadəsinin şikayəti əsasında saxlanılıbmış - YENİLƏNİB

0

Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıb.

Bu barədə BBC-yə Dubay Baş Prokurorluğundan məlumat verilib.

Azərbaycanlı eks-gimnastın keçmiş həyat yoldaşının iddialarına görə, qadın məhkəmə tərəfindən təsdiq olunmuş görüş sessiyası zamanı uşaqları qaçırıb.

Dubay Baş Prokurorluğu hazırda məsələnin araşdırıldığını qeyd edib. 

***

4 iyun, saat 10:18

Dubay şahzadəsinin keçmiş həyat yoldaşı azərbaycanlı Zeynəb Cavadlı və üç övladının Dubay polisi tərəfindən saxlanıldığı iddia edilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə onun britaniyalı hüquq müdafiəçisi Devid Heyq məlumat verib.

Vəkilin sözlərinə görə, Zeynəb Cavadlı ilə son əlaqə iyunun 2-də baş tutub. Bundan sonra onunla bütün rabitə kəsilib və yaxınları da onunla əlaqə saxlaya bilməyiblər. Heyq iddia edir ki, Dubay polisi gecə saatlarında onun evinə basqın edərək Zeynəbi və üç azyaşlı qızını aparıb.

Hüquq müdafiəçisi bildirib ki, Zeynəb Cavadlı 2019-cu ildə Dubay rəhbərinin qardaşıoğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktum ilə boşandıqdan sonra müxtəlif təzyiqlərlə üzləşib.

Qeyd olunur ki, bu ilin aprelində Dubay məhkəməsi Zeynəb Cavadlının üç qızının atalarına qaytarılması barədə qərar qəbul edib. Məhkəmə sənədlərində qərarın icrası üçün zəruri hallarda məcburi tədbirlərin tətbiq oluna biləcəyi də qeyd olunub.

Zeynəb Cavadlı isə daha əvvəl uşaqların himayəsində qalmasına imkan verən hüquqi razılaşmanın mövcud olduğunu bildirib.

Məsələ ilə bağlı Dubay polisi və şeyx Səid bin Məktumun nümayəndələri hələlik açıqlama verməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2606

Oxşar yazılar