15559
02:00
15 İyul 2020

Müdafiə Nazirliyi Tovuz rayonu istiqamətindəki son vəziyyətlə bağlı məlumat yaydı


“Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar”.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir: “Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.