4777
19:40
14 İyul 2020

"Nə olursan ol, amma adam ol" - Əməkdar artist

Əməkdar artist Ədalət Şükürov müğənnilərlə dostluğundan söz açıb. Lent.az -ın məlumatına görə, müğənni "7 Canlı" verilişində bildirib ki, gənc ifaçılarla dostluq etmir:

"Adam var dəyişilir, statusu artıqca, havalara girir. Cavanlar daha çox belədir. Yeni gələn ifaçılarla dostluq etmirəm. Dostlarım heç vaxt dəyişmir, elə də qalıblar. Adam da var ki, elə bilir ulduzdur, əlçatmazdır. Şüşədir da, qırılıb tökülüb yerə, günəş də vurur. Onun parıltısıdır. Nə, kim olursan ol, adam ol".