2869
13:17
13 İyul 2020

"Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir" - RƏSMİ

Hal-hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən tərəfi fəallıq nümayiş etdirməyə çaılışır: “Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə verilən bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır və buna qadirdir”.