Qəssab həmyerlilərinin mal-qarasın oğurlayıb satdı - FOTO
11 iyul 2020 11:00 (UTC +04:00)

Qəssab həmyerlilərinin mal-qarasın oğurlayıb satdı - FOTO

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onlara məxsus ümumilikdə 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 başı götürülərək sahiblərinə qaytarılıb. Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan F.Məmmədov 2 başını kəsərək satdığını bildirib. 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2008
avatar

Mehman Nəbiyev

Oxşar yazılar