İsrail kosmosa yeni nəsil kəşfiyyat peyki  buraxdı
10 iyul 2020 19:56 (UTC +04:00)

İsrail kosmosa yeni nəsil kəşfiyyat peyki buraxdı

İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi "Ofek-16" kəşfiyyat peykini uğurla kosmosa buraxıblar.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, buraxılış "Şavit" işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.

Müdafiə Nazirliyinin bəyanatına əsasən, "Ofek-16" qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk buraxılışa kimi sınaqlardan keçib.

Xatırladaq ki, İsrailin "Ofek-1" qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.

# 3691
avatar

Oxşar yazılar