Çingiz Qənizadənin oğlu Nərimanov prokuroruna müavin təyin edildi
10 iyul 2020 12:24 (UTC +04:00)

Çingiz Qənizadənin oğlu Nərimanov prokuroruna müavin təyin edildi

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya yeni təyinatları təsdiqləyiblər.

Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.

# 2638
avatar

Oxşar yazılar