14:07
09 İyul 2020

Moskvada qoruyucu maska rejimi ləğv olunur

Moskvada məcburi qoruyucu maska rejimi ləğv olunur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz şəxsi bloqunda yazıb.

O, iyulun 13-dən etibarən Moskvada küçələrdə məcburi maska rejiminin ləğv olunacağını söyləyib.

Bununla yanaşı, Moskva meri sosial məsafə tələbinin hələ də qüvvədə qaldığını vurğulayıb: “13 iyul 2020-ci il tarixindən küçələrdə vətəndaşlara maskadan, respirator və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur. Küçələrdə məcburi maska rejimi isə ləğv olunur”.

Moskva meri vurğulayıb ki, ictimai nəqliyyatda, tibb müəssisələrində, mağazalarda və digər ictimai yerlərdə maskadan istifadə əvvəlki kimi vacibdir.

Dİgər xəbərlər