Çeçenistanda toyların keçirilməsinə icazə verildi - Ramzan Kadırovdan YENİ QƏRAR
08 iyul 2020 14:08 (UTC +04:00)

Çeçenistanda toyların keçirilməsinə icazə verildi - Ramzan Kadırovdan YENİ QƏRAR

Çeçenistanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa ləğv olunub.

APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Vkontakte” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

“Müsbət dinamikanı nəzərə alaraq toy mərasimlərinin keçirilməsi üçün sosial məsafə tədbirləri qorunub saxlanılmaqla, mərasim zallarının açılması barədə qərar qəbul etdim”, - deyə Çeçenistan rəhbəri yazıb.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayının sonlarından Çeçenistanda toy mərasimlərinin keçirilməsi qadağan edilib.

# 4234
avatar

Oxşar yazılar