Pandemiyanın Avropa klublarına vurduğu ZƏRƏR
07 iyul 2020 16:26 (UTC +04:00)

Pandemiyanın Avropa klublarına vurduğu ZƏRƏR

Koronavirus pandemiyasının Avropa klublarına vurduğu ziyanın məbləği müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, Avropa Klublar Assosiasiyasının hesabatında əksini tapıb.

Bildirilir ki, klublar ümumilikdə 3,6 milyard avro itirəcək. Bunun böyük hissəsi gələn mövsümə təsadüf edəcək. Cari mövsümdəki itki 1,5, gələn mövsümdəki isə təxminən 2,1 milyard olacaq.

Qeyd edək ki, hesabatda transferlərdən əldə oluna biləcək vəsait nəzərə alınmayıb.

# 2749
avatar

Oxşar yazılar