Gizli işləyən obyektlər aşkarlandı - FOTO
07 iyul 2020 14:10 (UTC +04:00)

Gizli işləyən obyektlər aşkarlandı - FOTO

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən dönərxana aşkar olunub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Qurtuluş” qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Anar Məmmədovun işlətdiyi obyektdə müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 5 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər. 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 200 manat məbləğində cərimə olunublar. 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Masazır qəsəbəsində gizli fəaliyyət göstərən obyekt aşkar olunub. Polislər tərəfindən Səbuhi Nağıyevə məxsus “Ocaq” restoranına baxış zamanı oranın sahibi və 6 nəfər müştəri saxlanılaraq Polis İdarəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar. 

Hər iki obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.

# 2053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar