Daha bir müsabiqə gələn ilə saxlanıldı
07 iyul 2020 14:14 (UTC +04:00)

Daha bir müsabiqə gələn ilə saxlanıldı

Müslüm Maqomayev adına Beynəlxalq Vokalçılar Müsabiqəsi gələn ilin aprelində keçiriləcək.

Bu barədə Lent.az-a Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu məlumat verib. VI Müslüm Maqomayev adına Beynəlxalq Vokalçılar Müsabiqəsi gələn il aprelin 23-24-də Moskvada keçiriləcək. Müsabiqənin 1-ci turu “Vegas City Hall”, 2-ci turu isə “Crocus City Hall” konsert salonlarında təşkil olunacaq.

Müsabiqədə 20-35 yaşlarında vokal təhsili olan şəxslər, ali musiqi məktəblərinin və ya kolleclərin vokal şöbələrində təhsil alan tələbələr iştirak edə bilərlər. Yarışmaya qatılmaq arzusu olanlar sentyabrın 15-dək sənədlərini təşkilat komitəsinə göndərməlidirlər. Münsiflər heyətinə, ənənəvi olaraq, SSRİ Xalq artisti Tamara Sinyavskaya rəhbərlik edəcək.

Qeyd edək ki, müsabiqənin bu il oktyabrın 9-10-da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası səbəbindən yarışma təxirə salınıb.

# 5542
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar