"Kişi ifaçılar o xüsusiyyəti məndən götürüb" - Nadir Qafarzadə
07 iyul 2020 15:51 (UTC +04:00)

"Kişi ifaçılar o xüsusiyyəti məndən götürüb" - Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə "Hüseynova bacıları" verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı verilişdə bildirib ki, ailəcanlıdır:

"Nadir hər zaman evdə olub. Bəzi kişi ifaçılar var ki, onlar məndən o xüsusiyyəti götürür. 

Toydan, konsertdən çıxıramsa, düz evə gedirəm. Qadın və ya kişi əgər evlidirsə, işdən sonra birbaşa evə getməlidir. Bütün qadınlara arzulayıram ki, əriniz düz evə gəlsin".

İfaçı daha sonra bildirib ki, insanlar çox aqressivləşib:

"İnsanlar pul düşükün olublar. Elə bil "salam" verəndə də pul verməlisən. İnsanlar çox aqresiv olub. Bir-birinə asi kəsilib. Bəziləri hər şeyini pula satır". 

# 4288
avatar

Yalçın UĞUR

Oxşar yazılar