Ağdərədə mina partladı:  yaralananlar var -  YENİLƏNİB
03 avqust 2026 12:00 (UTC +04:00)

Ağdərədə mina partladı: yaralananlar var - YENİLƏNİB

0

Ağdərə rayonu, Çardaqlı kəndi ərazisində baş verən partlayış səbəbilə yaralanan 2 nəfər avqustun 3-ü saat 10:40-da Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, onlardan 32 yaşlı şəxsə sağ aşıq baldırın amputasiyası, 28 yaşlı şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Yaralanan 28 yaşlı şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

***

11:17

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində avqustun 3-də mina partlayıb.

Azərbaycanın Minatəmizləmə Agentliyindən (ANAMA) Lent.az-a verilən məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 32 yaşlı Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş 28 yaşlı Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar