Antalyada "oğru" toplantısı: "Şakro" ilə bağlı nə qərar verildi?
07 iyul 2020 11:02 (UTC +04:00)

Antalyada "oğru" toplantısı: "Şakro" ilə bağlı nə qərar verildi?

Türkiyənin Antalya şəhərində Suxumi klanının lideri Merab Djanqveladzenin təklifi ilə “sxodka” keçirilib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, “sxodka” 67 yaşlı Zaxari Kalaşovla (“Şakro Molodoy”) ilə bağlı olub.

Antalyaya toplaşanlar 2000-ci illərin əvvəllərində “Şakro”nu əsassız yerə bir neçə qanuni oğrunun adlarının əlindən alınmasında ittiham ediblər.

Bəzi mənbələrin məlumatına görə, “sxodka”ya Lotu Quli də Skayp vasitəsi ilə qoşulub. Oğruların hazırda həbsdə yatan Kalaşovla hansı qərara gəlməsi ilə bağlı məlumat yoxdur.

 

 

# 10543
avatar

Oxşar yazılar